İspaniyanın Santa-Susanna şəhərində keçirilən bodibildinq üzrə Avropa çempionatında Azərbaycan yığması yarışa uğurlu start verib.
İdman.Biz xəbər verir ki, Bəhram Xəlilov “Junior Men’s Physique” kateqoriyasında mütləq çempion adını qazanaraq birinci yeri tutub.
O, həmçinin böyüklər arasında keçirilən yarışda da uğurla çıxış edərək gümüş medal əldə edib.
“Junior Men’s Physique” kateqoriyasında bu uğur komanda üçün yeganə nəticə olmayıb. Komandamızın üzvü İbrahim Məmmədli bürünc medal qazanıb.
Komandanın medal siyahısına Xalid Kazımlının əldə etdiyi gümüş medal da əlavə olunub.
Klassik bodibildinqdə isə Elvin Babayev eyni nəticəni təkrarlayaraq gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan idmançılarının aktivində bir qızıl, üç gümüş və bir bürünc medal var.
