Britaniyalı üzgüçü timsahlarla dolu çayda dünya rekordu

29 Aprel 2026 22:55
108
Britaniyalı üzgüçü timsahlarla dolu çayda dünya rekordu

Britaniyalı üzgüçü Endi Donaldson timsahlarla dolu çayda 55 kilometr məsafəni üzərək yeni dünya rekordunu müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, o, bu məsafəni 11 saat 51 dəqiqəyə qət edib. Bu göstərici ilə Donaldson, 2024-cü ildə Saymon Bleyzer tərəfindən müəyyən edilmiş əvvəlki dünya rekordunu geridə qoyub.

Endi bildirib ki, timsahların yanında üzərkən bir qədər həyəcan keçirib. O, suda heyvanlara toxunduqda böyük adrenalin yaşandığını qeyd edib.

İdman.Biz