Oğuzda Olimpiya Həmrəyliyi layihəsi uğurla reallaşdı - FOTO

1 May 2026 16:07
140
Oğuzda Olimpiya Həmrəyliyi layihəsi uğurla reallaşdı - FOTO

Oğuz Olimpiya İdman Kompleksində məktəblilər arasında idman tədbiri keçirilib.

İdman.Biz xəbər verir ki, tədbirdə 200-ə yaxın şagird müxtəlif idman növləri üzrə öz bacarıqlarını sınayıb.

Yarış Beynəlxalq Olimpiya Komitəsi-nin Olimpiya Həmrəyliyi layihəsi çərçivəsində, Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən təşkil olunub, Gənclər və İdman Nazirliyi isə tədbirə dəstək verib.

İştirakçılar yerindən uzunluğa tullanma, 1 kq-lıq tibbi topun atılması və 30 metr məsafəyə qaçış üzrə fiziki hazırlıqlarını nümayiş etdiriblər.

Yarışın yekununda ən yaxşı nəticə göstərən ilk üç yerin sahibləri medal, diplom və hədiyyələrlə mükafatlandırılıb. Tədbirə qatılan bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

İdman.Biz