“Sağlam məhəllə” layihəsi çərçivəsində İsmayıllı şəhərində idman zonası istifadəyə verilib.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və idmançılar iştirak ediblər.
Layihə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilib.
Ərazidə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Nazir Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib.
