16 yaşlı çinli Zao Yiçhenq sürətli qayayadırmanma növündə dünya rekorduna imza atıb.
İdman.Biz xəbər verir ki, o, 15 metrlik divarı cəmi 4,58 saniyəyə qət edərək tarixə düşüb.
Bununla da gənc idmançı əvvəlki rekordu geridə qoyub. Qeyd edək ki, bundan əvvəl ən yaxşı nəticə 4,6 saniyə olub və bu rekord Olimpiya mükafatçısı Sam Vatsona məxsus idi.
Mütəxəssislər bildirirlər ki, sürətli qayayadırmanmada idmançılar yuxarıya heç bir mexaniki kömək olmadan qalxırlar. Onlar yalnız öz fiziki güclərinə və sürətlərinə güvənirlər. Məhz bu səbəbdən belə qısa vaxt ərzində divarı fəth etmək xüsusilə təsirli hesab olunur.
