Azərbaycan sumoçuları Avropa çempionatında

28 Aprel 2026 14:00
173
Azərbaycan sumoçuları Avropa çempionatında

“Sumo üzrə kişi və qadınlardan ibarət Azərbaycan millisi Avropa çempiontına qatılacaq”.

Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov AZƏRTAC-a bildirib ki, turnir Şotlandiyanın Stirlinq şəhərində reallaşacaq.

“Kişilər mövcud olan bütün kateqoriyalarda, qadınlarda isə bəzilərində mübarizə aparacaqlar. Amma nə qədər idmançı ilə turnirə yollanacağımız bəlli deyil”, - deyə o açıqlamasında söyləyib.

Qurum rəsmisi Avropa çempionatının iyunun 26-dan 29-dək təşkil ediləcəyini açıqlayıb.

İdman.Biz
Məqalədə: