Azərbaycanda dron yarışı start götürür

24 Aprel 2026 20:14
169
Azərbaycanda dron yarışı start götürür

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi, həmçinin “STEAM Azərbaycan”ın təşkilatçılığı ilə möhtəşəm FPV (First Person View) dron yarışı start götürür.

İdman.Biz xəbər verir ki, pilot eynəkləri vasitəsilə sürəti birbaşa hiss edəcək iştirakçılar öz dizayn etdikləri məsafədən idarəolunan dronlarla maneələri aşaraq rəqiblərini geridə qoymağa çalışacaqlar. Bu yarış həm mühəndislik bacarığını, həm də pult idarəetməsindəki peşəkarlığı nümayiş etdirmək üçün unikal fürsətdir.

Yarışda iştirak etmək istəyənlər üçün qeydiyyat artıq açıq elan edilib. Son müraciət tarixi 8 may 2026-cı il, saat 17:00-dır.

Qeydiyyatdan keçmək üçün linkə daxil ola bilərsiniz.

İdman.Biz