29-cu “Şahin” hərbi-idman oyununun rayon birinciliklərinə start verilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 23 mindən artıq məktəblinin iştirak etdiyi yarışın məqsədi gənc nəslin milli və vətənpərvərlik ruhunda tərbiyə olunması, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının gücləndirilməsi, eləcə də şanlı Zəfər tariximizin təbliğ edilməsidir.
1996-cı ildən etibarən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə keçirilən “Şahin” hərbi-idman oyunu ölkənin ən böyük hərbi-idman oyunudur.
Aprel-may aylarını əhatə edəcək rayon mərhələsi respublikanın bütün şəhər və rayonlarında keçiriləcək.
