Gənclər və idman naziri Fərid Qayıbov Bakının Zığ qəsəbəsinə köçürülmüş Respublika Olimpiya İdman Liseyində yaradılmış yeni şəraitlə yaxından tanış olub.
İdman.Biz xəbər verir ki, Fərid Qayıbov növbəti tədris ilində şəraitin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verib. Səfər çərçivəsində lisey şagirdlərinin məşq prosesini izləyən nazir gənc idmançılarla söhbət edib, onların hazırlıq səviyyəsi ilə maraqlanıb.
Nazir həmçinin ölkəmizdə uşaq və gənclərin fiziki sağlamlığının qorunması və inkişafı məqsədilə həyata keçirilən “AZERFİT” monitorinq layihəsinin pilot mərhələsini izləyib.
Qeyd edək ki, bu innovativ layihə ilk dəfə məhz Respublika Olimpiya İdman Liseyində sınaqdan keçirilir.
