Azərbaycan və Dünya Kapoeyra Federasiyası arasında əməkdaşlıq müzakirə edilib - FOTO

16 Aprel 2026 17:28
190
Azərbaycan və Dünya Kapoeyra Federasiyası arasında əməkdaşlıq müzakirə edilib - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşən nazir ölkədə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Görüşdə Azərbaycanda kapoeyranın inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Günel Muradova və federasiyanın digər məsul şəxsləri də görüşdə iştirak ediblər.

İdman.Biz