Azərbaycanın güləş üzrə ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyevə mayor hərbi rütbəsi verilib.
İdman.Biz xəbər verir ki, bu barədə idmançı öz “Instagram” hesabında paylaşım edib.
İdmançı qeyd edib ki, bu rütbə ona Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən təqdim olunub.
“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.
Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm!” - paylaşımda qeyd olunub.
