Ölkənin lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” “Poz-Qazan” kateqoriyasında yeni “Çempion” oyununu istifadəyə verib.
Bu oyunda ən böyük uduş 25 000 manatdır və belə uduşlu biletlərin sayı 3-dür. Bundan başqa, 10 biletdə 3000 manat, daha 10 biletdə isə 1000 manat qazanmaq mümkündür.
Qiyməti 3 manat olan biletlərin ümumi tirajı 2 000 000 ədəddir. Onlardan 565 523-ü uduşludur. Ümumi uduş fondu isə 4 020 000 manat təşkil edir.
Oyunun qaydalarına görə, xanalar pozulduqdan sonra hər hansı sırada “Sənin nəticən” “Rəqibin nəticəsi”ndən yüksək olarsa, həmin sıradakı uduş əldə edilir. “ÇARPAN” xanasında isə 2X, 5X və ya 10X simvollarından biri aşkarlandıqda uduş müvafiq olaraq 2, 5 və ya 10 dəfə artır.
Qeyd edək ki, şans oyunlarında yalnız 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər. “Poz-Qazan” oyunlarında ümumilikdə 500 000 manata qədər uduş qazanmaq imkanı mövcuddur.
Biletləri “Azərlotereya”nın satış nöqtələrindən, “Misli” məntəqələrindən, “Azərpoçt” şöbələrindən, həmçinin “Araz” və OBA marketlər şəbəkəsindən, eləcə də müxtəlif mağaza və köşklərdən əldə etmək mümkündür.
