“The Times” nəşri fiqurlu konkisürən Alisa Lyunu, “Formula-1” pilotu Lando Norrisi və yüngül atlet Noa Laylzı 2026-cı ilin ən nüfuzlu 100 şəxsi arasına daxil edib.
Qadınlar arasında təkbaşına konkisürmə yarışlarında 2026-cı il Olimpiya çempionu olan Lyu “İkonalar” kateqoriyasına daxil edilib. Norris və Laylz ABŞ qadın hokkey komandasının kapitanı Hilari Nayt və snoubordçu Xloi Kim ilə birlikdə “İnnovatorlar” bölməsinə daxil ediliblər.
Alisa Lyu qadınların təkbaşına konkisürmə yarışlarında 2026-cı il Olimpiya çempionu, dünya çempionu (2025), 2022-ci il Dünya çempionatının bürünc medalçısı, ikiqat ABŞ çempionu və 2025-ci il Qran-Pri finalının qalibidir.
Lando Norris 2025-ci il “Formula-1” çempionu və “McLaren” ilə dəfələrlə Qran-Pri mükafatçısı, Noa Laylz isə üçqat dünya atletika çempionu və 200 metr məsafəyə qaçışda dünya rekordçusudur.
