Bakı Olimpiya Stadionu (BOS) mayın 18-də start götürəcək Dünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar vakansiyalar elan edib.
İdman.Biz xəbər verir ki, beş gün davam edəcək tədbir üçün təmizlik işçiləri tələb olunur.
“GroupOne” MMC-nin elan etdiyi vakansiyalar aprel və may aylarını əhatə edir. Üç növbəli sistemlə maaş 640 manat olacaq.
İşçilərə nahar və forma da veriləcək.
