FHN-in qurumları arasında qol güləşi və çoxnövçülük üzrə çempionata yekun vuruldu - FOTO

17 Aprel 2026 17:46
127
FHN-in qurumları arasında qol güləşi və çoxnövçülük üzrə çempionata yekun vuruldu - FOTO

13-17 aprel 2026-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Nazirliyin qurumları arasında şəxsi birincilik üzrə qol güləşi şəxsi və komanda birinciliyi üzrə isə çoxnövçülük çempionatı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 13 komandasından 100-ə yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıb.

Tədbirin mükafatlandırma mərasimi Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Mərasimdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev FHN-in əməkdaşlarının respublika və beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurlardan bəhs edib, stolüstü yarışda qalib gələn qurumları və əməkdaşları təbrik edib.

Beş gün davam edən yarışın iki günü qol güləşi idman növündə komandaların idmançıları 8 çəki dərəcəsində sağ əl və sol əl üzrə şəxsi hesabda mübarizə aparıblar. Çempionat Samir Babayevin baş hakimliyi ilə keçirilib.

57 kq çəki dərəcəsində (sol əl və sağ əl)

1-ci yer – Məmmədov Ruslan (MMQ)

63 kq çəki dərəcəsində (sol əl)

1-ci yer - Ağayev İzzət (Akademiya)

2-ci yer – Bağırov Asiman (MMQ)

3-cü yer – Musayev Elmuraz (TTNDA)

63 kq çəki dərəcəsində (sağ əl)

1-ci yer - Ağayev İzzət (Akademiya)

2-ci yer – Musayev Elmuraz (TTNDA)

3-cü yer –Bağırov Asiman (MMQ)

70 kq çəki dərəcəsindı (sol əl)

1-ci yer – Quliyev Bəhram (DYMX)

2-ci yer – İbrahimov Nicat (MMQ)

3-cü yer – Hüseynov Murad (Akademiya)

70 kq çəki dərəcəsindı (sağ əl)

1-ci yer – İbrahimov Nicat (MMQ)

2-ci yer – Quliyev Bəhram (DYMX)

3-cü yer – Əsgərov Zöhrab (XRXX)

78 kq çəki dərəcəsində (sol əl)

1-ci yer – Balayev Murad (Akademiya)

2-ci yer – Sabirzadə Toğrul (XRXX)

3-cü yer - Yusubov Nəriman (KGHNSXDX)

78 kq çəki dərəcəsində (sağ əl)

1-ci yer – Balayev Murad (Akademiya)

2-ci yer – Yalçın Cəbrayıl (DYMX)

3-cü yer - Kərimov Etibar (MMQ)

86 kq çəki dərəcəsində (sol əl)

1-ci yer-Məmmədzadə Coşqun (MMQ)

2-ci yer-Bayramov Kənan (Akademiya)

3-cü yer– Balabəyov Hüseyn (DYMX)

86 kq çəki dərəcəsində (sağ əl)

1-ci yer - Balabəyov Hüseyn (DYMX)

2-ci yer- Məmmədzadə Coşqun (MMQ)

3-cü yer–Bayramov Kənan (Akademiya)

95 kq çəki dərəcəsində (sol əl)

1-ci yer – Sənan Şükürov (DYMX)

2-ci yer- Hüseyinzadə Mirzə (KHGNSXDX)

3-cü yer- Mehdizadə Toğrul (FHNA)

95 kq çəki dərəcəsində (sağ əl)

1-ci yer – Sənan Şükürov (DYMX)

2-ci yer- Rzazadə Qorxmaz (MMQ)

3-cü yer- Hacıyev Şəhriyar (Aviasiya dəstəsi)

105 kq çəki dərəcəsində (sol əl)

1-ci yer – Əlişanov Şəmistan (XRXX)

2-ci yer – Hüseynov Məzahir (DYMX)

3-cü yer – Muradlı Vüqar (MTT)

105 kq çəki dərəcəsində (sağ əl)

1-ci yer – Hüseynov Məzahir (DYMX)

2-ci yer – Əlişanov Şəmistan (XRXX)

3-cü yer – Məmmədov Sudef (MMQ)

105+ kq çəki dərəcəsində (sol əl)

1-ci yer – Rəşad Hacıyev (SRM)

2-ci yer- Röyal Orucov (MMQ)

3-cü yer Elmir Xəlilov (KHGNSXDX)

105+ kq çəki dərəcəsində (sağ əl)

1-ci yer – Rəşad Hacıyev (SRM)

2-ci yer- Röyal Orucov (MMQ)

3-cü yer - Samir Hüseynov (DYNX)

Yarışın mütləq kəmər çempionu Sumqayıt Regional Mərkəzinin əməkdaşı Rəşad Hacıyev olub.

Yarışların növbəti günlərində isə komanda iştirakçıları çoxnövçülük çempionatı üzrə turnikdə dartınma, 100 metr və 1000 metr məsafəyə qaçış idman növlərində qüvvələrini sınayıblar. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Çempionatda ikinci yerə Bakı Regional Mərkəzinin komandası, üçüncü yerə isə Mülki müdafiə qoşunlarının komandası layiq görülüb.

Şəxsi yarışlarda Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Cəlal Süleymanov çempion adını qazanıb. İkinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət çavuşu Hüseyn Əhmədov, üçüncü yerə isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Elmuraz Musayev layiq görülüb.

Hər iki çempionatda komandalar üzrə toplanan xalların yekun nəticəsinə əsasən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının komandası 1-ci yerə, Mülki müdafiə qoşunlarının komandası 2-ci, Dövlət Yanğından Mühafizə Xidmətinin komandası isə 3-cü yerə layiq görülərək kubokların sahibi olublar. Yarışın əzmkar komandası adına Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası yiyələnib.

Mərasimdə qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Həmçinin, çempionatda hakimlik xidmətlərinə görə Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının Hakimlər Komitəsi, göstərdikləri tibbi xidmətlərə görə Nazirliyin Tibb Xidmətinin əməkdaşları fəxri fərmanla təltif olunublar.

İdman.Biz