Milli Olimpiya Komitəsinin milli idman federasiyalarının nümayəndələri üçün təşkil etdiyi iki günlük “Təhlükəsiz İdman” proqramına yekun vurulub.
İdman.Biz bildirir ki, proqram çərçivəsində iştirakçılar təhlükəsiz idman siyasəti, hesabatlılıq mexanizmləri, hadisələrin araşdırılması və müdafiə tədbirləri ilə bağlı nəzəri və praktiki biliklər əldə ediblər.
Tədbirin sonunda milli idman federasiyalarının Təhlükəsiz İdman üzrə məsul şəxslərinə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Təhlükəsiz İdman Komissiyasının üzvləri Elgün Səfərov, Xəzər İsayev və Fəridə Əzizova tərəfindən sertifikatlar təqdim olunub.
Gələcək mərhələdə federasiyalarda təhlükəsiz idman standartlarının tətbiqinin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin davam etdirilməsi və hesabatlılıq mexanizmlərinin formalaşdırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
