İyulun 30-da gənclər və idman naziri Fərid Qayıbov milli komandaların vahid idman geyimlərinin rəsmi satış mağazasında olub, burada təqdim olunan məhsullarla maraqlanıb.
İdman.Biz bildirir ki, nazir Fərid Qayıbova yeni fəaliyyətə başlayan mağaza barədə məlumat verilib.
Mağazada milli komandaların hər fəslə uyğun müxtəlif çeşiddə idman geyimləri, aksessuarları və çantaları təqdim olunur. Alıcılar milli komandaların, müxtəlif klubların geyim və digər məhsullarını əldə edə bilərlər.
Qeyd edək ki, mağaza Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında yerləşir.
