Kordoba rallisində dəhşətli qəza: Avtomobil tamaşaçıların üzərinə aşdı - VİDEO

20 Aprel 2026 01:45
226
Kordoba rallisində dəhşətli qəza: Avtomobil tamaşaçıların üzərinə aşdı - VİDEO

Argentinanın Kordoba əyalətində keçirilən ralli yarışı faciə ilə nəticələnib. Mina Klavero bölgəsindəki dağlıq ərazidə idarəetmədən çıxan yarış avtomobili bir neçə dəfə aşaraq tamaşaçıların olduğu hissəyə çırpılıb.

İdman.Biz xəbər verir ki, yüksək sürətlə hərəkət edən maşın döngədə idarəetməni itirib və dəfələrlə yuvarlanaraq insanların üzərinə doğru uçub. Hadisə nəticəsində üç tamaşaçı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal ərazidəki tibb məntəqələrinə təxliyə olunublar.

Baş verən ağır qəzadan sonra təşkilatçılar təhlükəsizlik qaydalarını əsas gətirərək “Yuli Sezar” mərhələsini ləğv etmək məcburiyyətində qalıblar.

İdman.Biz