Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində həbs olunan keçmiş hakim və sosial media fenomen Elif Karaarslanla bağlı yeni detallar məlum olub.
İdman.Biz Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda dəmir barmaqlıqlar arxasında olan Karaarslanın həbsdə olduğu qısa müddət ərzində 1 milyon 800 min TL-dən (95 min AZN) çox gəlir əldə etdiyi müəyyənləşib.
Bu qazancın mənbəyi Karaarslanın sosial şəbəkələrdəki abunəlik sistemidir. Belə ki, istifadəçilər onun özəl məzmunlarını izləmək üçün aylıq ödəniş etməyə davam ediblər. Lakin son məlumatlara görə, həbs xəbərindən sonra o, abunəlik funksiyasını girişə bağlayıb.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Məhkəmə Tibb Qurumunda Karaarslandan götürülən nümunələrin nəticələri açıqlanıb. Aparılan analizlər zamanı onun həm qanında, həm də saç nümunələrində kokain və metamfetamin qalıqları aşkar edilib. Bu nəticələr keçmiş hakimin narkotik maddə istifadəçisi olduğunu texniki olaraq sübuta yetirib.
