Naxçıvanda “İdmanla bir gün” adlı kütləvi idman tədbiri keçirilib - FOTO

24 Aprel 2026 17:22
184
Naxçıvanda “İdmanla bir gün” adlı kütləvi idman tədbiri keçirilib - FOTO

Bu gün Naxçıvanda “İdmanla bir gün” adlı kütləvi idman tədbiri keçirilib.

İdman.Biz xəbər verir ki, tədbir Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Böyük bağ” istirahət parkında baş tutub.

Sağlam həyat tərzinin təbliği, idmana marağın və bu sahədə kütləviliyin artırılması məqsədinə xidmət edən layihədə müxtəlif idman fəaliyyətləri icra olunub. Ərazidə iştirakçılar üçün stolüstü tennis, şahmat, badminton, qol güləşi, darts, atletika idman növlərində, eyni zamanda müxtəlif əyləncəli idman oyunlarında yarışmalar təşkil edilib.

Yarışlarda uğur qazanan iştirakçılar gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov tərəfindən fəxri fərmanla təltif olunublar.

İdman.Biz