ABŞ-də super sürətli yolda keçirilən avtomobil yarışında zəncirvari qəza - VİDEO

27 Aprel 2026 10:17
133
ABŞ-də super sürətli yolda keçirilən avtomobil yarışında zəncirvari qəza - VİDEO

ABŞ-nin Talladeqa(Alabama ştatı) şəhərində təşkil edilən ən böyük avtomobil yarışlarından birində 20-dən çox avtomobilin iştirakı ilə toqquşma baş verib.

İdman.Biz xəbər verir ki, qəzaya səbəb pilot Ross Çesteynlə həmin vaxt liderlik edən Bubba Uollesin maşınları arasındakı təmas olub. Nəticədə zəncirvari qəza baş verib.

Qəza trasın üzərində qatı tüstü buludunun yaranmasına səbəb olub, bundan sonra təşkilatçılar yarış zolağının təmizlənməsi və zədələnmiş avtomobillərin texniki vəziyyətinin qiymətləndirilməsi üçün yürüşün dayandırılması barədə qərar qəbul ediblər.

İnsident nəticəsində yarış iştirakçıları arasında ciddi xəsarət alan olmayıb.

İdman.Biz