Beynəlxalq surfkastinq turnirinə start verilib - FOTO

25 Aprel 2026 17:30
386
Beynəlxalq surfkastinq turnirinə start verilib - FOTO

Dördüncü Odlar Yurdu beynəlxalq surfkastinq (sahildən balıq ovlama) turnirinə start verilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Ramada by Wyndham Baku” hotelində keçirilən turnir ölkəmizdə sayca dördüncü dəfə təşkil olunur.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.

Turnirin təşkilatçısı, “Bakı Sualtı Ovçular və Balıqçılar Klubu"nun sədri Çingiz Qəniyev turnir barədə məlumat verib. Sonra nazir Fərid Qayıbov yarış iştirakçıları ilə söhbət edib, dənizə ilk tilovu atıb və turnirə rəsmi start verilib.

Qeyd edək ki, turnirə aprelin 26-da yekun vurulacaq.

İdman.Biz