Samir Yaşaroğlu bodibildinq üzrə Avropa Çempionatının mütləq qalibi oldu - YENİLƏNİB + FOTO/VİDEO

3 May 2026 16:55
915
Samir Yaşaroğlu bodibildinq üzrə Avropa Çempionatının mütləq qalibi oldu - YENİLƏNİB + FOTO/VİDEO

85 kq çəki dərəcəsində mübarizə aparan Samir Yaşaroğlu həm öz kateqoriyası, həm də bütün kateqoriyalar üzrə Avropa Çempionatının mütləq qalibi oldu.

15:31

İspaniyanın Santa-Susanna şəhərində bodibildinq və fitnes üzrə növbəti Avropa çempionatı keçirilir. Nüfuzlu yarış çərçivəsində təşkil olunan “IFBB Semi Pro Mister Europe” turnirində Azərbaycan idmançıları da qüvvələrini sınayırlar.

İdman.Biz xəbər verir ki, turnirdə "Master Men Bodybuilding" kateqoriyası üzrə çıxış edən təmsilçilərimiz uğurlu nəticələr nümayiş etdiriblər. Adil Cəfərov altıncı yer tutub.

75 kq qədər çəki dərəcəsində mübarizə aparan Xaliq Həsənov isə bürünc medal qazanıb.

85 kq çəki dərəcəsində isə Samir Yaşaroğlu bu gün səhnəyə çıxacaq.

Qeyd edək ki, Santa-Susanna artıq ənənəvi olaraq bu növ mötəbər yarışlara ev sahibliyi edir.

İdman.Biz