“Bakı Marafonu 2026”nın qalibi olan türkiyəli idmançı Əhməd Alkanoğlu yarışdan sonra təəssüratlarını bölüşüb. O, yenidən Bakıda qələbə qazanmağın qürurverici olduğunu bildirib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Əhməd Alkanoğlu güclü küləyin qaçış prosesinə təsir etdiyini vurğulayıb.
“Daha əvvəl Bakıda marafon qazanmış biri olaraq yenidən burada olmaq çox xoşdur. Bu gün bir az çətin oldu, çünki güclü külək şəraitində qaçırdıq. Marafon təşkil etmək asan iş deyil, lakin hər şey yüksək səviyyədə idi”, - deyə qalib söyləyib.
Türkiyəli atlet bayrağını dalğalandırdığına görə xoşbəxt olduğunu qeyd edərək Azərbaycan xalqına minnətdarlığını bildirib:
“Məşqçilər heyətinə, ailəmə və dəstək olan hər kəsə təşəkkür edirəm. Azərbaycanın bütün idmansevərlərinə minnətdaram. İnanıram ki, gələcək yarışlarda da uğurlu nəticələr əldə edəcəyəm”.
