Aprelin 12-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə nərd üzrə ölkə çempionatı keçirilib.
İdman.Biz xəbər verir ki, Azərbaycan İdman Akademiyasında baş tutan yarışda müxtəlif klub, cəmiyyət və idman təşkilatlarını təmsil edən idmançılar medal uğrunda qüvvələrini sınayıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatda fəxri kürsünün ilk üç pilləsində aşağıdakı şəxslər yer alıblar:
1-ci yer: Bayram Bayramov (Quba)
2-ci yer: Asim Salahov (Bilgəh)
3-cü yer: Vaqif Abbasov (Xankəndi)
