Çingiz Hüseynzadə: “Portuqaliya və Niderland azarkeşiyəm”

9 İyun 2026 13:09
89
Çingiz Hüseynzadə: “Portuqaliya və Niderland azarkeşiyəm”

“Türkiyə milli komandası 2002-ci ildə Dünya çempionatında üçüncü yeri tutmuşdu”.

İdman.Biz xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

MOK rəsmisi DÇ-2026-da iki yığmanı dəstəkləyəcəyini açıqlayıb:

“Bu komandalardan biri Portuqaliyadır. Eysebionun dövründən bu komandaya azarkeşlik edirəm. İkincisi isə Niderlanddır, Kroyffun dövründən bu komandanı izləyirəm və hələ də azarkeşlik edirəm”.

Çingiz Hüseynzadə çıxışında Türkiyə millisinin 2002-ci il Dünya çempionatındakı tarixi nəticəsinə də toxunub:

“Türkiyə milli komandası 2002-ci ildə Dünya çempionatında üçüncü yeri tutmuşdu. Bu, onların ən böyük uğurudur. Bu il də hesab edirəm ki, həmin dövrdən sonra o səviyyəyə yaxın bir komanda var. Güman edirəm ki, Türkiyə Dünya çempionatında çox yaxşı yarışacaq, bütün rəqiblərlə mübarizə aparacaq”.

Qeyd edək ki, Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz