Gənclər və idman naziri Fərid Qayıbov Belarus Respublikası Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenkonu qəbul edib.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Belarus arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Hər iki ölkənin idmançıları və mütəxəssisləri arasında təcrübə mübadiləsinin, birgə layihələrin əhəmiyyəti qeyd olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
