İdmançılarımız Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar - FOTO

5 Oktyabr 2026 10:43
80
İdmançılarımız Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar - FOTO

Türkiyənin Mersin şəhərində keçirilən doqquzuncu “Uluslararası Altın Kanca Surfkastinq Turnuvası”nda Azərbaycan idmançıları birinci yeri tutublar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdmanı Federasiyası (AZSİF) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 2-dən 4-dək təşkil olunan yarışda Bakı Balıqçılar Klubunun təmsilçiləri Çingiz Qəniyev və Nəcəf Qurbanov ölkələrarası birincilikdə qalib gəliblər.

Gərgin şəraitdə keçirilən yarışda Azərbaycan təmsilçiləri Şimali Kipr, Tunis, Yunanıstan və Mərakeşdən olan rəqiblərini geridə qoyublar.

Təmsilçilərimiz bu turnirə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AZSİF-in dəstəyi ilə qatılıblar.

İdman.Biz