Çövkən üzrə Azərbaycan millisi Çilini məğlub edə bilməyib

9 İyun 2026 19:16
103
Çövkən üzrə Azərbaycan millisi Çilini məğlub edə bilməyib

Bakıda keçirilən Çövkən üzrə II dünya çempionatında Azərbaycan və Çili milli komandaları üz-üzə gəlib.

Bu barədə İdman.Biz Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən məlumat verir.

Qarşılaşma gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Hər iki komanda etibarlı oyun nümayiş etdirsə də, görüşdə hesab açılmayıb.

Beləliklə, Azərbaycan və Çili yığmaları arasındakı oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Turun digər oyununda Nigeriya millisi Türkiyəni 6:1 hesabı ilə məğlub edib.

İdman.Biz