Azərbaycanın ən güclü savatçıları bəlli olub - FOTO

Xəbərlər
24 Dekabr 2023 18:36
209
Azərbaycanın ən güclü savatçıları bəlli olub - FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Savat Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan çempionatı və birinciliyi keçirilib.

İdman.biz xəbər verir ki, yarışda 30-dan artıq idman klubundan 300-ə qədər savatçı mübarizə aparıb.

Gərgin keçən mübarizədən sonra ölkənin ən güclüləri bəlli olub. Qaliblər diplom və medallarla mükafatlandırılıb.

Qeyd edək ki, birincilikdə fərqlənən döyüşçülər savat idman növü üzrə milli komandanın heyətinə cəlb ediləcək.

İdman.biz