Tramp süni intellektdən istifadə edərək Kanada ilə hokkey oynaması barədə video düzəldib - VİDEO

23 Fevral 2026 23:56
131
Tramp süni intellektdən istifadə edərək Kanada ilə hokkey oynaması barədə video düzəldib

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında süni intellekt tərəfindən yaradılan Kanadaya qarşı hokkey oynaması barədə video paylaşıb.

İdman.Biz bildirir ki, videoda ABŞ lideri işgüzar kostyumda qol vurub və sonra kanadalı ilə dalaşıb.

22 fevral bazar günü ABŞ milli komandası 2026-cı il Olimpiadasının finalında Kanadanı əlavə vaxtda 2:1 hesabı ilə məğlub edərək 1980-ci ildən bəri ilk Olimpiya qızıl medalını qazanıb. Qələbələrindən dərhal sonra Tramp ABŞ oyunçuları ilə soyunma otağında videokonfrans keçirib və onları çərşənbə axşamı günü xalq qarşıaında çıxış etməyə dəvət edib. ABŞ qadın komandası da Olimpiya titulunu qazanıb.

İdman.Biz