ABŞ-nin hokkey millisi olimpiya çempionu oldu

22 Fevral 2026 21:00
102
ABŞ-nin hokkey millisi olimpiya çempionu oldu

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının kişi hokkey turniri ABŞ yığmasının qələbəsi ilə başa çatıb. Finalda Kanada ilə üz-üzə gələn amerikalılar dramatik keçən görüşdə 2:1 hesabı ilə qalib gələrək çempionluqlarını elan ediblər.

İdman.Biz xəbər verir ki, oyunun altıncı dəqiqəsində Mett Boldi fərdi reydindən sonra ABŞ-ni önə keçirib. Kanada millisinin cavab 39-cu dəqiqədə Keyl Makarın sayəsində gəlib. Amma komanda ikinci hissədəki "beşin üçə" üstünlüyündən istifadə edə bilməyib.

Matçın üçüncü hissəsində hər iki komanda təzyiqi artırsa da, ABŞ-nin qapıçısı Konnor Hellebayk inanılmaz seyvləri ilə qapısını toxunulmaz saxlayıb. Əsas vaxt 1:1 hesabı ilə başa çatdığı üçün oyunun taleyi "üçün üçə" formatında keçirilən overtaymda həll olunub. Cek Hyuz vurduğu "qızıl qol"la ABŞ millisinə olimpiya qızılını qazandırıb.

Beləliklə, Kanada gümüş medallarla kifayətlənib, bürünc mükafat isə Finlandiya yığmasına qismət olub.

İdman.Biz