Norveçli xizəkçi Yohannes Klebo 2026-cı il Olimpiya Oyunlarında marafon yarışında qalib gəldikdən sonra 11 qat Olimpiya çempionu olub.
İdman.Biz bildirir ki, Klebo hazırkı Olimpiya Oyunlarında bütün yarışlarda qalib gəlib.
Klebo bununla 1980-ci ildə beşqat Olimpiya çempionu olan amerikalı konkisürən Erik Haydenin rekordunu qırıb.
Qeyd etmək lazımdır ki, Klebonun nəticəsi Qış Olimpiadası üçün rekorddur, Yay Olimpiya Oyunlarında 2008-ci ildə amerikalı üzgüçü Maykl Felps 8 qızıl medal qazanıb.
Daha əvvəl İtaliyada keçirilən Olimpiadada Klebo skiatlon, komanda və fərdi sprint, kişilər estafet və 10 km sərbəst yarışlarda qalib gəlmişdi.
Klebo əvvəlki beş Olimpiya qızıl medalını 2022-ci il Pekin və 2018-ci il Pxençxan Oyunlarında qazanmışdı.
2025-ci ildə Klebo dünya çempionatında bütün yarışlarda qalib gələrək 6 qızıl medal qazanıb.
Klebo 15 qat dünya çempionu (kişi xizəkçilər arasında rekord), beşqat Dünya Kubokunun qalibi və “Tur de Ski”nin dördqat qalibidir.
İtaliyadakı Olimpiada 22 fevral bazar günü başa çatacaq.
