Olimpiada-2026: Hokkey üzrə turnirin finalında Kanada və ABŞ qarşılaşacaqlar - YENİLƏNİB

21 Fevral 2026 03:20
428
Olimpiada-2026: Hokkey üzrə turnirin finalında Kanada və ABŞ qarşılaşacaqlar

Milanda kişilər arasında Olimpiya hokkey turniri davam edir.

İdman.Biz-in məlumatına görə, final matçında ABŞ və Kanada komandaları qarşılaşacaq. Oyun 22 fevralda “Arena Santa Giulia”da keçiriləcək.

Bir gün əvvəl Finlandiya və Slovakiya bürünc medal uğrunda rastlaşacaqlar.

Yarımfinalda Kanada komandası Finlandiyanı 3:2, ABŞ isə Slovakiyanı 6:2 hesabı ilə inamlı şəkildə məğlub edib.

2026-cı il Olimpiya Oyunları üçün kişilər arasında hokkey turniri 11 fevralda başlayıb.

23:40

Milanda kişilər arasında Olimpiya hokkey turniri davam edir.

İdman.Biz bildirir ki, yarımfinal matçında Kanada və Finlandiya qarşılaşıb.

“Arena Santa Giulia”da keçirilən oyunda Kanada komandası 3:2 hesabı ilə qalib gəlib.

Beləliklə, Kanada turnirin finalına yüksəlib və burada ABŞ-Slovakiya cütlüyünün qalibi ilə qarşılaşacaq.

İdman.Biz