Olimpiya qızılı qazanan qazaxıstanlı idmançıya Astanada üçüncü mənzil hədiyyə edildi

25 Fevral 2026 10:45
82
Olimpiya qızılı qazanan qazaxıstanlı idmançıya Astanada üçüncü mənzil hədiyyə edildi

Qazaxıstanlı fiqurlu konkisürən Mixail Şaidarov İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında qazandığı qızıl medala görə növbəti mükafata layiq görülüb.

İdman.Biz xəbər verir ki, idmançıya Astanada üçotaqlı mənzil hədiyyə olunub.

Bildirilib ki, bu mənzil Şaydorov üçün artıq üçüncüdür. Daha əvvəl ona digər turnirlərdə göstərdiyi uğurlu nəticələrə görə paytaxtda iki ev hədiyyə edilmişdi.

Qeyd edək ki, Şaydorova bir neçə tanınmış qazaxıstanlı tərəfindən avtomobil də hədiyyə olunacağı vəd edilib.

İdman.Biz