Polşalı şort-trekçi Kamila Sellye İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında 1500 metr məsafəyə yarışın dörddəbir final mərhələsində zədələnib.

İdman.Biz bildirir ki, amerikalı idmançı Kristen Santos-Qrisvald konkisi ilə onun üzünü kəsib.

Azarkeşlər yaralı idmançını ayaq üstə alqışlayıblar. Santos-Qrisvald diskvalifikasiya edilib.

Polşa milli komandasının məşqçisi öz üzərində idmançının gözünün yanında ağır kəsik yarası aldığını göstərib.

