Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarının 13-cü yarış günü başa çatıb.
İdman.Biz xəbər verir ki, günü bir gümüş medalla tamamlayan Azərbaycan komandası ümumi medal sıralamasında bir pillə irəliləyib. Üç qızıl və üç gümüş medalı olan yığmamız 11-ci yerdə qərarlaşıb.
Çin 17 qızıl, səkkiz gümüş və yeddi bürünc olmaqla 32 medalla liderliyini qoruyur. Yaponiya doqquz qızıl, səkkiz gümüş və doqquz bürünc medalla ikinci, Rusiya isə səkkiz qızıl, dörd gümüş və iki bürünc medalla üçüncüdür.
Misir altı qızıl, bir gümüş və beş bürünc medalla dördüncü, Efiopiya beş qızıl və üç gümüş medalla beşinci pillədə yer alıb.
Oyunlarda medal qazanan ölkələrin sayı 98-ə çatıb. Onlardan 79-unun idmançıları qızıl medala sahib çıxıblar.
Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıblar. Çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə gümüş medal əldə ediblər.
Qeyd edək ki, Dakar-2026-ya bu gün yekun vurulacaq.
