Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:07
47
Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində gümüş medal qazanan idmançımız yarışın təşkilatçılığından razı qaldığını bildirib:

“Yarış çox mükəmməl təşkil olunmuşdu. Məqsədim qızıl medal qazanmaq idi, lakin bu dəfə gümüş medal nəsib oldu. Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Kazımlı turnirdə ən çətin görüşünü Tunis təmsilçisinə qarşı keçirdiyini qeyd edib. Onun sözlərinə görə, üç raund davam edən gərgin qarşılaşmanın son saniyələrində üstünlük əldə edərək vacib qələbə qazanıb.

İdman.Biz