Olimpiya çempionunun sabiq məşqçisindən rəzalət - FOTO

20 Fevral 2026 17:12
62
Olimpiya çempionunun sabiq məşqçisindən rəzalət - FOTO

Amerikalı olimpiya çempionu Ember Qlennin sabiq məşqçisi Benjamin Şroats cinsi istismar ittihamı ilə həbs edilib.

İdman.Biz “New York Post” nəşrinə istinadla xəbər verir ki, 47 yaşlı mütəxəssis uşağa qarşı cinsi zorakılıq və nalayiq hərəkətlərdə günahlandırılır.

Fevralın 15-də onun iki keçmiş tələbəsi məşqçinin onlarla qeyri-etik münasibətdə olduğunu bəyan edib. Zərərçəkənlərdən birinin həmin dövrdə yetkinlik yaşına çatmadığı bildirilir.

Şroatsın vəkili müvəkkilinin bütün ittihamları rədd etdiyini açıqlayıb.

Hazırda Kollin dairəsinin həbsxanasında saxlanılan məşqçi 200 min dollar (340 min AZN) girov müqabilində məhkəməyə qədər azadlığa buraxıla bilər. Girov şərtlərinə görə, onun pedaqoji fəaliyyətlə məşğul olması və şagird hazırlaması qəti qadağandır.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunlarında komanda yarışlarında qızıl medal qazanan Ember Qlenn vaxtilə Şroatsı “ikinci atası” adlandırırdı.

İdman.Biz