Milan-Kortina-2026 rəsmən başa çatdı - YENİLƏNİB + FOTO

22 Fevral 2026 01:50
317
Milan-Kortina-2026 rəsmən başa çatdı - YENİLƏNİB + FOTO

İtaliyanın Verona şəhərindəki antik “Arena-di-Verona” stadionunda keçirilən bağlanış mərasimi ilə 2026-cı il Qış Olimpiya Oyunları rəsmən yekunlaşıb. Bununla da Milan və Kortina-d'Ampetsonun ev sahibliyi etdiyi 17 günlük böyük idman yarışı tarixə qovuşub.

İdman.Biz xəbər verir ki, Olimpiada çərçivəsində ümumilikdə 116 mükafat dəsti uğrunda mübarizə aparılıb. Medal sıralamasında Norveç yığması mütləq qalib olub. Norveçlilər bir Qış Olimpiya Oyunlarında qazanılan qızıl medalların sayına görə yeni dünya rekorduna imza ataraq birinciliyi heç kimə verməyiblər. Onların aktivində 18 qızıl, 12 gümüş və 11 bürünc medal var.

Xatırladaq ki, Azərbaycanı bu Olimpiadada Anastasiya Papatoma və Vladimir Litvinsev təmsil ediblər.

23:46

Veronadakı möhtəşəm bağlanış mərasimində Azərbaycan bayrağını litvinsev və Papatoma daşıyıblar

İtaliyada 25-ci Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir. “Gözəllik hərəkətdə” adlanan möhtəşəm şou Veronadakı antik “Arena-di-Verona” amfiteatrında təşkil olunub.

İdman.Biz xəbər verir ki, mərasimdə məşhur reper Akille Lauro, DJ Qabri Ponte, “Arena di Verona” fondunun xoru və balet artisti Roberto Bolle çıxış edirlər. Proqrama idmançıların paradı, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidentinin və rəsmi şəxslərin çıxışları, Olimpiya məşəlinin söndürülməsi və bayrağın növbəti ev sahibi ölkəyə ötürülməsi daxildir.

Azərbaycanı bu mötəbər yarışda iki idmançı - dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu kankan Vladimir Litvinsev təmsil ediblər. Bağlanış mərasimində ölkəmizin bayrağını məhz onlar daşıyıblar.

Qeyd edək ki, teatrallaşdırılmış tamaşalarla müşayiət olunan mərasim qış idman bayramının rəsmən yekunlaşmasını simvolizə edir.

Heşteqlər: Milan Kortina 2026, Olimpiya Oyunları, Azərbaycan, Vladimir Litvinsev, Anastasiya Papatoma, İtaliya, Verona

10:51

İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərinin ev sahibliyi etdiyi 2026-cı il Qış Olimpiya Oyunlarına bu gün yekun vurulur.

İdman.Biz xəbər verir ki, yarışın təntənəli bağlanış mərasimi Verondakı məşhur "Arena di Verona" stadionunda təşkil olunacaq. Bağlanış mərasimi Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bağlanışdan öncə isə hokkey, xizək yürüşü, bobsley və kerlinq üzrə son final görüşləri keçiriləcək.

Ölkəmiz bu mötəbər yarışda iki idmançı ilə təmsil olunub. 18 yaşlı idmançımız Anastasiya Papatoma slalom növündə çıxış edərək ilk enişini 59-cu sırada tamamlayıb. İkinci mərhələnin nəticələrinə görə o, ümumilikdə 95 iştirakçı arasında 51-ci pillədə qərarlaşaraq olimpiadanı başa vurub.

Təcrübəli idmançımız Vladimir Litvintsev isə qısa proqramda 63.63 xal toplayaraq 29 iştirakçı arasında sonuncu yerdə qərarlaşıb. Bu nəticə ilə o, sərbəst proqram mərhələsinə keçə bilməyərək mübarizəni dayandırıb.

Qeyd edək ki, Norveç medal sıralamasında birinci pillədədir. Komanda indiyədək 40 (18 qızıl, 11 gümüş, 11 bürünc) mükafat qazanıb. ABŞ (11 qızıl, 12 gümüş, 9 bürünc) ikinci, Niderland (10 qızıl, 7 gümüş, 3 bürünc) üçüncü, ev sahibi İtaliya isə (10 qızıl, 6 gümüş, 14 bürünc) dördüncüdür.

İdman.Biz