Con Kuper: “Üçün üçə” formatı əsl hokkey deyil, lakin qaydalar hamı üçün eynidir”

22 Fevral 2026 23:57
75
Con Kuper: “Üçün üçə” formatı əsl hokkey deyil, lakin qaydalar hamı üçün eynidir”

Kanada millisinin baş məşqçisi Con Kuper Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının finalında ABŞ-yə uduzduqları (1:2) oyundan sonra fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis həm komandasının çıxışını dəyərləndirib, həm də həlledici overtaym formatına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Kuper məğlubiyyətə baxmayaraq hokkeyçilərindən razı qalıb.

“Düşünürəm ki, oyunçularımız qüsursuz matç keçirdilər. Onlarla bundan artıq fəxr edə bilməzdim”, - deyə Kuper Beynəlxalq Buzüstü Hokkey Federasiyasının mətbuat bildirib.

Baş məşqçi overtaymın “üçün üçə” formatında keçirilməsinin əsl hokkey ruhuna uyğun olmadığını da qeyd edib:

“Buzdan dörd oyunçunu çıxardıqda hokkey hokkey olmaqdan çıxır. Stenli Kubokunun finalında və ya pley-off mərhələsində bu formatın tətbiq edilməməsinin bir səbəbi var. Lakin bütün komandalar qaydaları öncədən bilirlər. Məğlubiyyətimizi bu formata bağlamaq ədalətsiz olar. ABŞ millisinin çox istedadlı oyunçuları var və onlar overtaymda bizdən bir dəqiq hərəkət artıq etdilər”.

Qeyd edək ki, Kanada yığması turniri gümüş medallarla başa vurub.

İdman.Biz