U-21 yığması azlıqda qalan rəqibə məğlub olub

Xəbərlər
12 Oktyabr 2023 19:51
127
U-21 yığması azlıqda qalan rəqibə məğlub olub

21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində evdə ilk oyununu keçirib.

İdman.biz saytı xəbər verir ki, komandamız Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

Hesabı qonaq komanda açıb. Şimali irlandiyalıların heyətində Makqukin 19-cu dəqiqədə fərqlənib. Az sonra millimiz hesabı bərabərləşdirmək üçün yaxşı şans əldə edib. Amma Camal Cəfərov penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Futbolçularımız 36-cı dəqiqədən etibarən azlıqda qalan rəqibin qapısına yol tapa bilməyib. İlk turda səfərdə Serbiyaya 0:2 hesabı ilə məğlub olan U-21 növbəti dəfə meydanı xalsız tərk edib.

Avropa çempionatı-2025, seçmə mərhələ
F qrupu
12 oktyabr
Azərbaycan – Şimali İrlandiya – 0:1
Qol:
Makqukin, 19
Qırmızı vərəqə: Donnelli, 36.

Azərbaycan: 12. Yusif İmanov, 2. Abdulla Rzayev, 3. Mirəli Əhmədov, 4. Hüseyn babayev, 7. Camal Cəfərov, 8. Fərid Yusifli (k), 9. Ağadadaş Salyanski, 10. Veysəl Rzayev, 17. Murad Vəliyev, 18. Mahir Həsənov, 23. Ramin Nəsrili

Baş məşqçi: Samir Əliyev

Şimali İrlandiya: 1. Stefen Makmullan, 2. Çarl Conston (k), 3. Şon Stüart, 4. Maykl Forbes, 5. Sem Makklelland, 6. Çarli Makkann, 8. Patrik Kelli, 9. Kiaran Makqukin, 10. Makklernan, 14. Aaron Donnelli, 21. Çarli Allen

Baş məşqçi: Tommi Rayt

Bakı. "Azərsun Arena" stadionu

İdman.biz