Mirbağır İsayev: “Millimiz Litva ilə oyunda qələbəyə layiq idi”

28 Sentyabr 2026 18:13
272
Mirbağır İsayev: “Millimiz Litva ilə oyunda qələbəyə layiq idi”

“Azərbaycan futbol millisi UEFA Millətlər Liqasının yeni mövsümündə Litva ilə keçirdiyi ilk matçda (1:1) qələbəyə layiq idi”.

Bunu UEFA-nın Elit Məşq Layihəsinin rəhbəri Mirbağır İsayev deyib.

O, yığmanın rəqiblə matçdakı oyununu yüksək qiymətləndirib.

“Komanda Azərbaycan adına layiqincə vuruşdu. Ən sevindirici məqam futbolçuların uduzmaq istəməməsi idi. Hesabda geri olsalar da, bir xal qazana bildilər. Mən baş məşqçi Ayxan Abbasova inanıram. Yaradılan ab-hava göstərir ki, o, heyəti psixoloji cəhətdən yüksək səviyyədə hazırlayıb. Əvvəllər bir qol buraxan kimi milli qapısında daha bir neçəsini də görürdü. Bu gün isə futbolçuların meydanın hər qarışı üçün mübarizə apardığını gördük. Həmin qarşılaşmada yığma üç xala layiq idi”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Veteran futbolçu Lixtenşteynlə keçiriləcək görüşlərdə millinin şanslarını dəyərləndirib:

“İnanıram ki, bu rəqiblə hər iki oyunda qələbə qazanacağıq. Bu qarşılaşmalarda qalib gəlmək şansımız 80 faizdir. Dünənki oyun bu sözü deməyə bizi vadar edir. Çünki heyətdə yüksək əhval-ruhiyyə, birlik və hərəkətlilik var. Başda baş məşqçi olmaqla, kollektivə tam inanıram”.

Qeyd edək ki, Azərbaycan millisi D Liqasının 2-ci qrupunda növbəti matçını Lixtenşteynə qarşı keçirəcək. Oyun oktyabrın 1-də baş tutacaq.

İdman.Biz