Ruslan Qurbanov: “Ayxan Abbasov əvvəlki məşqçilərdən daha yaxşı nəticələr göstərib” - MÜSAHİBƏ

29 Sentyabr 2026 12:14
81
Ruslan Qurbanov: “Ayxan Abbasov əvvəlki məşqçilərdən daha yaxşı nəticələr göstərib” - MÜSAHİBƏ

“Həmişə yerli mütəxəssisin milli komandada işləməsinin tərəfdarı olmuşam”.

Bunu Azərbaycanın futbol üzrə milli komandasının sabiq forvardı Ruslan Qurbanov sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan milli komandası səfərdə Litva ilə bərabərə qaldı. Gözləntiniz fərqli idi, yoxsa düşünürdüz ki, milli qalib gələcək?

- Düzünü desəm, Azərbaycan millisi Litvanı səfərdə məğlub edəcək. Amma heç-heçə də pis nəticə deyil. Əvvəlcə qol buraxdılar, sonra milli toparlandı və Mahir Emreli vacib qol vurdu ki, bu da xüsusi gündə Azərbaycan üçün üstünlük oldu. Milini yaxşı nəticəyə görə təbrik edirəm.

- Ümumiyyətlə, millimizin səfərdə Litvanı məğlub edə bilməməsini nə ilə əlaqələndirirsiniz?

- Litva da zəif komanda deyil. Onlar futbol oynamağı bilirlər. Düşünürəm ki, səfərdə heç-heçə mili üçün yaxşı nəticədir.

- Azərbaycan millisi Ayxan Abbasovun rəhbərliyi altında gələcəyə ümid verir? Hansı planda daha çox ümid verir milli?

- Həmişə yerli mütəxəssisin milli komandada işləməsinin tərəfdarı olmuşam. İnanıram ki, Ayxan müəllimdə hər şey alınacaq və uğurlar qazanacaq. Ayxan müəllim daha yüksək maaş alan əvvəlki məşqçilərdən daha yaxşı nəticələr göstərib.

- Azərbaycan millisi qarşıdakı turda, oktyabrın 1-də Lixtenşteynlə qarşılaşacaq. Onları necə məğlub etmək mümkün olacaq?

- Onları nə olur-olsun məğlub etməliyik. Düşünürəm ki, onları məğlub edə bilərik və edəcəyik. Komandanın ruhu ən yüksək səviyyədə olmalıdır. Lixtenşteyni qiymətləndirməmək olmaz. Milinin bacarıq və keyfiyyət baxımından daha güclü olduğu aydındır. Amma rahatlaya bilmərik. Üç xalı götürməliyik.

- Milli bu qrupda birinci yeri tuta biləcək sizcə? Bu qrupda lider olaraq, ən yaxşı nəticə qazanaraq D Liqasının ən yaxşısı kimi AVRO-2028-in pley-offuna yüksəlmək şansına sahib ola bilər. İndiki anda bizim milli bu gücə sahibdir?

- Əlbəttə ki, bacararlar. Mən həmişə miliyə inanıram, çünki bu komandanın bunu etmək üçün hər imkanı var. Nəticələrini yaxşılaşdırmağın və irəliləməyin vaxtıdır. Azarkeşlər də gözləyirdilər. Bütün Azərbaycan xalqını təkcə Çempionlar Liqasında deyil, həm də beynəlxalq milli komanda turnirlərində sevindirməyin vaxtıdır. Miliyə uğurlar arzulayıram və inanıram ki, onlar qrupda birinci yeri tutacaq və hamımızı sevindirəcəklər.

İdman.Biz