UFC-nin orta çəkidə keçmiş çempionu, 34 yaşlı avstraliyalı Robert Uittaker Hamzat Çimayevin döyüş bacarığına heyran olduğunu deyib.
İdman.biz xəbər verir ki, Uittaker hazırda heç bir məğlubiyyəti olmayan və BƏƏ-ni təmsil edən 31 yaşlı orta çəkidə UFC çempionunu kiminsə məğlub edə biləcəyini zənn etmir.
"Hazırda kimin Hamzatı məğlub edə biləcəyini təsəvvür edə bilmirəm. Onun güləş bacarığı sadəcə heyrətamizdir. Mənə elə gəlir ki, ona qalib gəlməyin yeganə yolu yüksək səviyyəli ciu-citsudan istifadə etməkdir. Əgər İmavov bu sənəti mükəmməl şəkildə mənimsəyibsə, o zaman bəlkə də maraqlı nəsə görərik”, - deyə Uittaker bildirib.
İdman.biz