Pol Kreyq UFC-də karyerasını başa vurub

Xəbərlər
7 Sentyabr 2025 01:24
59
Pol Kreyq UFC-də karyerasını başa vurub

Şotlandiyalı qarışıq döyüş ustası Pol Kreyq UFC-də karyerasını başa vurub.

İdman.biz bildirir ki, o, "UFC Fight Night 258"də Modestas Bukauskasa uduzduqdan sonra karyerasını bitirmək qərarına gəlib. Yüngül ağır çəkidə Kreyq birinci raundun sonunda texniki nokautla məğlub olub.

Döyüşdə Bukauskas ayaq üstə daha fəal olub, rəqibini tora sıxışdırıb və parterdə üst mövqeni tutmağı bacarıb. Birinci raundun son saniyəsində litvalı döyüşçü dirsəklə zərbə endirib, bundan sonra hakim döyüşü dayandırıb.

Pol Kreyq 2016-cı ildən UFC-də döyüşür. Karyerası ərzində təşkilatda 18 döyüş keçirib, 9-da Maqomed Ankalaev, Maurisio "Şoqun" Rua və Camahal Hill üzərində qələbə qazanıb.

İdman.biz