MMA döyüşçümüz Məhəmmədəli Nuruşov rəqibini ilk raundda məğlub edib - VİDEO

4 Oktyabr 2026 10:42
92
MMA döyüşçümüz Məhəmmədəli Nuruşov rəqibini ilk raundda məğlub edib - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Nuruşov Özbəkistanda keçirilən OCTAGON 92 turnirində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, həmyerlimiz Namanqanda təşkil olunan yarışda özbəkistanlı Bobirjon “İspançik” İsroilovla qarşılaşıb.

Döyüş uzun çəkməyib. Nuruşov ilk raundun əvvəlində rəqibini yerə keçirərək üstünlüyü ələ alıb. Azərbaycan təmsilçisi parterdə bir neçə zərbədən sonra boğucu fənd tətbiq edib və İsroilovu təslim olmağa məcbur edib.

Qeyd edək ki, qarşılaşmadan əvvəl Məhəmmədəli Nuruşovun peşəkar MMA-da göstəricisi iki qələbə və iki məğlubiyyət, İsroilovun statistikası isə iki qələbə və bir məğlubiyyət idi. OCTAGON təşkilatı bu qarşılaşmanı iki döyüşçü arasında prinsipial duel kimi təqdim etmişdi.

İdman.Biz