Həbib Nurməhəmmədovun BƏƏ-də gülümsəyərkən görüntüləri yayıldı - FOTO

17 Noyabr 2026 10:23
33
Həbib Nurməhəmmədovun BƏƏ-də gülümsəyərkən görüntüləri yayıldı - FOTO

UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov Usman və Ömər Nurməhəmmədovun Əbu-Dabidə saxlanıldıqları yerdən azad edilməsi ilə bağlı xəbərlər fonunda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) görüntülənib.

İdman.Biz xəbər verir ki, görüntüləri döyüşçü Səid İzaqmaev sosial şəbəkə hesabının hekayə bölümündə paylaşıb. Kadrlarda Həbib “Mercedes-Benz G-Class” markalı avtomobilin sükanı arxasında gülümsəyir və baş barmağını yuxarı qaldırır.

Bir gün əvvəl yayılan bir neçə məlumata görə, Həbib Nurməhəmmədov Usman və Ömər Nurməhəmmədovun, eləcə də komandanın digər üzvlərinin azadlığa buraxılması ilə bağlı razılığa gəlib. Bildirilirdi ki, UFC-nin sabiq çempionu şeyxlərlə şəxsən danışıqlar aparıb. Lakin hazırda bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Döyüşçülərin azadlığa buraxılması barədə Merab Dvalişvili də məlumat yayıb. Bununla belə, hadisənin təfərrüatları və saxlanılan şəxslərin hamısının hazırkı statusu hələlik məlum deyil.

İdman.Biz