Azərbaycanın Kudo üzrə yeganə dünya çempionu Avropada yenidən zirvəyə yüksəldi

17 Noyabr 2026 23:00
37
Azərbaycanın Kudo üzrə yeganə dünya çempionu Avropada yenidən zirvəyə yüksəldi

Azərbaycan idmançısı Vüsal Əliyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən kudo üzrə Avropa çempionatında qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, 270 kateqoriyasında mübarizə aparan təmsilçimiz ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.

İlk mərhələdən azad olan Əliyev növbəti görüşlərində İngiltərə və Litva idmançılarını məğlub edib. Finalda isə Bolqarıstanı təmsil edən erməni əsilli rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Beləliklə, Vüsal Əliyev Azərbaycanın kudo üzrə yeganə dünya çempionu və ikiqat Avropa çempionu kimi növbəti uğuruna imza atıb.

İdmançımız qələbəsini Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr edib.

Qeyd edək ki, Əliyev 2023-cü ilin mayında Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında dörd döyüşün hamısında qalib gələrək qızıl medal qazanıb. Həmin ilin oktyabrında isə Litvanın Kaunas şəhərində təşkil olunan Avropa çempionatında da birinci yeri tutub.

İdman.Biz