Dana Uayt UFC-ni 50 milyard dollar qiymətləndirib

6 Oktyabr 2026 09:28
87
Dana Uayt UFC-ni 50 milyard dollar qiymətləndirib

UFC prezidenti Dana Uayt dünyanın ən böyük MMA promouşeninin dəyərinin təxminən 50 milyard dollar ola biləcəyini bildirib.

İdman.Biz xəbər verir ki, Uayt bu barədə “The Diary Of A CEO” YouTube kanalına müsahibəsində danışıb.

“Bu biznesə başlayanda çox adam ona inanmırdı. Ona görə də biz UFC-ni 2 milyon dollara aldıq. Gəlin dürüst olaq - UFC 2 milyon dollara alınmışdı. Əgər “Leykers” 12,5 milyard dollara satılıbsa, deməli, UFC 50 milyard dollar (85 milyard manat) dəyərindədir”, - deyə Uayt bildirib.

Uayt 2001-ci ilin yanvarından UFC-yə rəhbərlik etməyə başlayıb. Həmin vaxt onun, Frenk və Lorentso Fertitta qardaşlarının yaratdığı “Zuffa” şirkəti maliyyə çətinlikləri yaşayan “Semaphore Entertainment Group”dan UFC-ni satın alıb.

O vaxtdan UFC dünyanın ən böyük idman təşkilatlarından birinə çevrilib. Uayt isə promouşendə əsas rəhbər vəzifələrdən birini tutmaqda davam edir.

İdman.Biz